Maduro ABŞ ilə dialoqun başlayacağını bəyan etdi
Bizi izləyin

Dünya

Maduro ABŞ ilə dialoqun başlayacağını bəyan etdi

Venesuela prezidenti Nikolas Maduro ABŞ hökuməti ilə dialoq prosesini yenidən başladacaqlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Maduro həftəlik mətbuat konfransında gündəmi dəyərləndirib.

O, ABŞ hökumətindən danışıqların və birbaşa dialoqun yenidən başlaması üçün iki ay müddətində təkliflər aldığını qeyd edib:

“Sözün açığı, iki ay düşündükdən sonra bu təklifi qəbul etdim. Bu yeni danışıqlar mərhələsində ABŞ Qətərdə imzalanan razılaşmalara əməl etməli və dialoq şərtlərini manipulyasiya etmədən yerinə yetirməlidir. Üstəlik, bu proses həyata keçirilməlidir. Mən dialoq, anlaşma istəyirəm”.

ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti ilk dəfə 2022-ci ilin martında Maduro hökuməti ilə görüşlər keçirib. Bu görüşlərin bir neçə dəfə mətbuata qapalı keçirildiyi üzə çıxıb.

Qey edək ki, ABŞ uzun illərdir müxtəlif səbəblərdən Venesuelaya iqtisadi embarqo tətbiq edir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm