Baydeni əvəz etmək üçün 100 milyonlarla dollar toplanır
Bizi izləyin

Dünya

Baydeni əvəz etmək üçün 100 milyonlarla dollar toplanır

Demokratlar hazırkı prezident Co Baydeni əvəz etmək üçün yüz milyonlarla dollar vəsait toplayır.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin adı açıqlanmayan mənbələri, o cümlədən ABŞ prezidentinə yaxın şəxslər Baydeni əvəz edəcək namizəd sırasında ilk yerlərdə Miçiqan qubernatoru Qretçen Uitmer və Kaliforniya qubernatoru Qevin Nyusomun olduğunu bildiriblər.

Bir neçə sponsor yeni namizədi maliyyələşdirmək üçün yüz milyonlarla dollar toplamağa hazırlaşarkən öz aralarında danışıqlar aparıb. Vitse-prezident Kamala Harrisin də Baydeni əvəz edə biləcək namizədlər siyahısında yer aldığı qeyd olunub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm