Dünya
Türkiyəyə qarşı məkrli plan: İran 7 ildən sonra onları qaytardı
Türkmənistanın Kərkük şəhəri saxta seçki ilə 7 il sonra yenidən PKK-nın işbirliyi olan Kürdüstan Vətənpərvərlər Birliyinə (KYB) təhvil verilib.
Publika.az xəbər verir ki, ümumilikdə 16 yerdən ibarət olan Kərkük Əyalət Şurası 5-i KYB üzvü, 3-ü ərəb, 1-i xristian olmaqla 9 məclis üzvü ilə iclas keçirib.
İranın rəhbərliyi ilə yaradılan pirat alyansı KYB üzvü Rebvar Tahanın qubernatorluğunu və ərəb üzvü Məhəmməd Hafizin parlament sədrliyini dəstəkləyib.
İraq Türkmən Cəbhəsinin (İTC) sözçüsü Mehmet Seman bu qeyri-qanuni faktı heç bir şəkildə qəbul etmədiklərini və məhkəməyə müraciət edəcəklərini bildirib: “Eyni oyun Mosulda da oynanıldı. KYB-nin keçmişdə törətdiyi qətllər və təxribatlar yaddaşlarımızda təzədir. Biz onu da bilirik ki, bu təşəbbüslərin arxasında “İnkişaf Yolu” layihəsini sabotaj etmək planı dayanır”.
Seman İraqın işğalından və ilk konstitusiya prosesindən bu yana türkmən varlığının xüsusi strategiya çərçivəsində gözardı edildiyini vurğulayıb: “Türkiyə və İraq rəhbərliyi xüsusilə terror təşkilatı PKK məsələsində çox ciddi qazanc əldə edib. İqtisadiyyat və ticarət baxımından əsrin bəlkə də ən böyük layihəsi olan İnkişaf Yolu Müqaviləsi imzalandı və layihəyə start verildi. Bu hadisələr bəzi ölkələri və qrupları narahat etdi”.
Roza Şəfiyeva
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Hadisə15:10
Əsgərimiz güllə yarasından öldü - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...