Bu iki ölkə Türkiyədən yardım istədi: Ərdoğan göstəriş verdi
Bizi izləyin

Dünya

Bu iki ölkə Türkiyədən yardım istədi: Ərdoğan göstəriş verdi

Somali və Efiopiya arasında artan böhran nəticəsində Afrika Buynuzu bölgəsindəki tarazlıq pozulub.

Publika.az xəbər verir ki, Efiopiyanın baş naziri Abiy Əhməd Əli may ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazaraq, ölkələr arasındakı münaqişə ilə bağlı Ankaradan dəstək istəyib.

Ərdoğan böhranın həll edilməsi ilə bağlı göstəriş verib və iki ölkənin nümayəndələri bu gün Ankarada görüşəcəklər.

Somalidən də eyni tələbi alan Türkiyənin xarici işlər naziri Hakan Fidan iyul ayında ilk təşəbbüsünü edib. O, Ankarada Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie və Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqini qəbul edib.

Görüş nəticəsində tərəflər birgə bəyanatla aralarındakı problemi sülh yolu ilə həll etmək niyyətlərini bildiriblər.

Türkiyə qonşu ölkələr Efiopiya və Somali arasında hərbi əməliyyatları dayandırmaq üçün məsuliyyət daşıyır.

Qeyd edək ki, Efiopiyanın Qırmızı dəniz sahillərinə çıxış əldə etmək üçün Somalidən birtərəfli müstəqillik elan edən Somalilend ilə etdiyi razılaşma, Afrikada son illərdə artan regional gərginliyi yenidən artırıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm