Dünya
Türkiyə hərbi gücünü genişləndirir: Dünyanın ən böyük sualtı bazası...
Türkiyənin aviasiya və dənizçilik sahəsində əldə etdiyi hərbi nailiyyətlər qlobal müdafiə mediasının diqqətini cəlb etməkdə davam edir. ABŞ media qurumları bu yaxınlarda dünyanın ən böyük sualtı bazası kimi təqdim etdikləri “Aksaz” bazasını öz manşetlərində işıqlandırıblar.
Publika.az xəbər verir ki, Türkiyənin əsas sualtı bazası olacaq “Aksaz”ı açması və öz sinfinin qabaqcıl platformalarından olan “Hisar-O” tərəfindən 40 kilometrdən çox məsafədə hava hədəflərini vurması ABŞ mərkəzli beynəlxalq mediada manşet olub. Belə ki, mətbuat orqanları Türkiyənin həm dənizçilik, həm də aviasiya sahəsində özünü təmin edən nadir ölkələrdən biri olduğuna diqqət çəkib. Təhlil məqaləsində qeyd edilib ki, Türkiyə dünyada yerli dəniz platformaları qura bilən, tam təchiz olunmuş milli hərbi dəniz bazalarına malik azsaylı ölkələr sırasındadır. Ankara quruda, dənizdə və havada hərbi gücünü genişləndirməyə davam edir.

ABŞ-ın qlobal müdafiə nəşri “Breaking Defense”də dərc olunan təhlil məqaləsində Muğlanın Marmaris rayonunda prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan Aksaz Gəmiqayırma Zavodu Komandanlığının Dəniz Bazasının əhəmiyyəti vurğulanıb.

Media Hərbi Dəniz Bazasının açılışı ilə Türkiyənin üstün texnologiyaya malik yeni “214 Tip TCG Piri” sualtı qayığının təqdim edildiyi xəbərini yayıb. Digər bir beynəlxalq müdafiə nəşri olan "Militaryleak" Türkiyənin hava hücumundan müdafiə sistemlərindən biri olan “Hisar-O”nun uğurlarından bəhs edib. Nəşrdəki təhlildə “Hisar-O”nun Türkiyənin bütün hava məkanını qoruyacaq "Polad Günbəz" sisteminə inteqrasiya ediləcəyi, məsafə nəzərə alınmaqla strateji irəliləyiş olduğu vurğulanıb. Təhlil məqaləsində "Hisar-O”nun ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri ilə rəqabət qabiliyyətli hala gəldiyi də ortaya çıxıb.
Uzun müddətdir NATO-dan dəstək görməyən Türkiyə öz müstəqil hava hücumundan müdafiə sistemlərini qurmaq üçün çox sürətlə irəliləyir.
Aysel Şahmar
-
Region18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
-
Sosial16:04Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi
-
Sosial15:37Pensiyalarla bağlı yeni TƏKLİF
-
Sosial15:12Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan edilir

















.jpg)




















