ABŞ
Trampın sözləri Hillari Klintonu ŞOKA SALDI
ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyinə namizəd Hillari Klinton Donald Trampın Hörmüz boğazının bağlanması ilə bağlı sözlərindən şoka düşdüyünü bildirib.
Publika.az xəbər verir ki, onun sözlərini "Clash Report" nəşri sitat gətirib.
"Trampın onu heç kimin İranın Hörmüz boğazını bağlaya biləcəyi barədə xəbərdar etmədiyini deməsi şokedicidir. İştirak etdiyim hər bir hərbi kampaniyada İranın atacağı ilk addımın məhz bu olacağını fərz edirdik", - deyə Klinton bildirib.
Vaşinqton və Tehran arasında İslamabadda keçirilən uğursuz danışıqlardan sonra ABŞ Hörmüz boğazının blokadasına başlayıb. Söhbət Hörmüz boğazı vasitəsilə birləşən Fars və Oman körfəzlərindəki limanlardan gedir.
Aprelin 12-də ABŞ İranla əsas razılaşmaların pozulmasından sonra Hörmüz boğazını blokadaya alacağını bəyan edib. Ehtimal olunur ki, Amerika donanması beynəlxalq sularda İrana rüsum ödəyən gəmiləri izləməyə və saxlamağa başlayacaq.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
