Bu ölkə Rusiyanın güdazına getdi: ABŞ-ın qara siyahısına düşdü
Bizi izləyin

Dünya

Bu ölkə Rusiyanın güdazına getdi: ABŞ-ın qara siyahısına düşdü

ABŞ iki Hindistan şirkəti və onların gəmilərini Rusiyanın "Arktika LNG-2" layihəsi ilə əlaqələri üçün SDN siyahısına əlavə edib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

"Gotik Shipping Co" və "Plio Energy Cargo Shipping Opc Private Limited" qara siyahıya salınıb. Sanksiyalar onların "Palau" bayraqlı qaz daşıyıcıları "Mulan" və "New Energy" şirkətlərinə də təsir edib.

Qeyd edək ki, "Financial Times" daha əvvəl yazmışdı ki, Rusiyanın "Arctic LNG 2" layihəsindən mayeləşdirilmiş təbii qazın (LNG) son partiyaları potensial müştərilərə ABŞ sanksiyalarından qorxduqları üçün satıla bilməz.

Bildirilir ki, Rusiya müəssisəsindən tədarüklər qışda başlamalı idi, lakin gəmiqayırma zavodu məhdudlaşdırıcı tədbirlərə görə müqaviləni ləğv edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm