Nazir çimərlikdə hücuma məruz qaldı
Bizi izləyin

Dünya

Nazir çimərlikdə hücuma məruz qaldı

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərliklərindən birində hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb.

Hadisədən sonra şübhəli şəxs dənizdə gizlənməyə çalışsa da, polis onu saxlayıb.

Qeyd edək ki, Ben-Qvir fələstinlilərlə bağlı sərt açıqlamaları ilə tanınır və İsrailin Qəzza zolağında hərbi əməliyyatların məhdudlaşdırılmasının qəti əleyhinədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm