Bu ölkədə dövlət qulluqçularının maaşlarının artırılması QADAĞAN EDİLDİ
Bizi izləyin

Dünya

Bu ölkədə dövlət qulluqçularının maaşlarının artırılması QADAĞAN EDİLDİ

Qırğızıstan Prezidenti Sadır Japarov 2024-2026-cı illər üçün dövlət qulluqçularının əməkhaqqının artırılmasına moratorium tətbiq edib.

Publika.az xəbər verir ki, o, bununla bağlı müvafiq fərman imzalayıb.

Hökumətin "Erkin Too" qəzetində dərc olunan fərmana əsasən, dövlət idarələri, komitələri, prezidentin bölgələrdəki səlahiyyətli nümayəndəlikləri, habelə yerli idarəetmə orqanlarının işçilərinin əməkhaqqının artırılmasına qadağa qoyulur.

Qeyd olunub ki, qərar ölkənin dövlət büdcəsinin xərclərini optimallaşdırmaq məqsədi daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm