Bu ölkə təzyiq etdi, Türkiyə 2 milyard dollar itirdi
Bizi izləyin

Dünya

Bu ölkə təzyiq etdi, Türkiyə 2 milyard dollar itirdi

ABŞ-ın Rusiyaya sanksiya təzyiqi nəticəsində Türkiyə bankları bu ilin ilk səkkiz ayında təqribən iki milyard dollarlıq ixrac gəlirində əhəmiyyətli itkilərlə üzləşib.

Publika.az xəbər verir ki, bunu türkiyəli iqtisadçı Mustafa Recep Ercin "RİA Novosti"yə deyib.

Ercin qeyd edib ki, ABŞ-ın Türkiyə banklarına təzyiqi nəticəsində Ankara 8 ayda təxminən 2 milyard dollar ixrac gəliri itirib. O əlavə edib ki, potensial zərər də nəzərə alınsa, faktiki itkilər xeyli yüksək olar.

Ercin hesab edir ki, Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələr mövcud çətinliklərə baxmayaraq tamamilə pisləşməməlidir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm