İki dələ bu kənddə qatara mindi: Vaqonlarda elə bir çaxnaşma düşdü ki...
Bizi izləyin

Dünya

İki dələ bu kənddə qatara mindi: Vaqonlarda elə bir çaxnaşma düşdü ki...

İngiltərənin paytaxtı Londonda Surreydən Gatvick hava limanına gedən qatar iki dələnin sərnişinlərə hücumu nəticəsində ləğv edilib.

Publika.az xəbər verir ki, Ridinqdən yola düşən Böyük Qərb Dəmir Yolu (GWR) qatarına Surreyin Qomşall kəndində minən dələlər vaqonda tez bir zamanda çaxnaşma yaradıblar.

Hadisə şahidləri bildiriblər ki, dələlər arxa vaqona daxil olduqdan sonra sərnişinlərə hücum edib və hamı başqa vaqonlara qaçıb. Konduktor dələlərin başqa vaqonlara keçməsinin qarşısını almaq üçün vaqonun qapılarını bağlayıb.

Qatar “Redhill” stansiyasına çatdıqda, işçilərin dələləri çıxarmaq üçün təxminən yarım saat süpürgə və fıstıqdan istifadə etdiyi, lakin uğursuz olduğu bildirilir.

Sonda xidmətin ləğvi və qatarın Ridinqə qaytarılması qərara alınıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm