Peycerlərin kütləvi şəkildə partladılması... - Zaxarovadan REAKSİYA
Bizi izləyin

Dünya

Peycerlərin kütləvi şəkildə partladılması... - Zaxarovadan REAKSİYA

Livanda peycerlərin kütləvi şəkildə partladılması yeni texnologiyalardan istifadə etməklə terror hücumunun yeni növüdür.

Publika.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, həm belə miqyaslı, həm də mülki xarakter daşıyan, lakin terror məqsədləri üçün istifadə edilən yeni texnologiyaların istifadəsini özündə birləşdirən tamamilə yeni tipli terror aktıdır”, - diplomat bildirib.

Zaxarova hadisələrin təhlükəsini vurğulayaraq, aralarında uşaqların da olduğu onlarla insanın həlak olduğunu, minlərlə insanın yaralandığını qeyd edib. O deyib ki, bu hadisə dünya birliyi tarixində görünməmiş hadisədir.

Diplomat sonda Rusiyanın Livanda baş verən hadisələrdən narahatlığını ifadə edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm