Dünya
Yeni kütləvi qırğın silahları hazırlanıb - Rusiya həyəcan TƏBİLİ ÇALDI
Livanda peycer partlayışları dalğası yeni kütləvi qırğın silahının ortaya çıxmasından xəbər verir.
Publika.az xəbər verir ki, bu barədə senator Aleksey Puşkov "Telegram" kanalında yazıb.
“Kütləvi istehlak mexanizmlərinə əsaslanan yeni fərdi kütləvi qırğın silahları hazırlanıb və gözlərimiz önündə istifadə olunur. Viruslardan sonra insanlara qarşı yənəlmiş yeni amansız vasitə”, - deyə Puşkov vurğulayıb.
Senator deyib ki, hazırda insanlar yaşayış yerlərinin deqradasiyası ilə üzləşirlər, çünki onların məhvi üçün yeni vasitələr yaradılır.
Xatırladaq ki, sentyabrın 17-də Livanın müxtəlif bölgələrində peycerlərin partlaması nəticəsində 2,8 minə qədər insan yaralanıb, 12 nəfər həlak olub. Onlarla cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. "Hizbullah" və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb.
Adəm Abbaslı
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO