İsrail "Hizbullah"ın Beyrutdakı qərargahını vurdu - VİDEO
Bizi izləyin

Dünya

İsrail "Hizbullah"ın Beyrutdakı qərargahını vurdu - VİDEO

İsrail ordusu "Hizbullah"ın Beyrutdakı əsas qərargahına zərbə endirib.

Publika.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Livanın şiə Hizbullah hərəkatının Beyrutdakı Dahiya rayonunun mərkəzi hissəsində, yaşayış binalarının altında yerləşən əsas komanda mərkəzinə hədəfli hava zərbəsi endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Daniel Haqari fövqəladə brifinqdə bildirib ki, İsrail Ordusu hazırda Hizbullahın baş katibi Həsən Nəsrullahın zərbə zamanı təşkilatın mərkəzi qərargahında olub-olmadığını araşdırır.

"RİA Novosti" Beyrutda 10-a yaxın partlayış səslərinin eşidildiyini və paytaxtın cənub hissələrindən tüstülərin yüksəldiyini yazıb.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm