Lavrovun Əraqçi ilə ilk görüşü: Qonşularımız nəyi müzakirə etdi?
Bizi izləyin

Dünya

Lavrovun Əraqçi ilə ilk görüşü: Qonşularımız nəyi müzakirə etdi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İran İslam Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Abbas Əraqçi ilə ilk görüşü keçirilib.

Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi görüşlə bağlı məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İranın nüvə proqramından tutmuş Cənubi Qafqazdakı vəziyyət və İsrail münaqişə zonasına qədər aktual beynəlxalq və regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.

Xarici siyasi koordinasiyanın hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb.

Tərəflər Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Nazirlər yüksək səviyyələrdə qarşıdakı təmasların qrafikinə aydınlıq gətiriblər.

Lavrov iranlı həmkarını əlverişli vaxtda Moskvaya səfərə dəvət edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm