Dünya
Bu üç ölkə İsraili QINADI - Bu dəfə Suriyaya görə
Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov, Abbas Əraqçi və Hakan Fidan İsrailin Suriyaya özbaşına hava hücumlarını pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətində BMT Baş Assambleyasının Nyu-Yorkda Astana formatında keçirilən 79-cu sessiyası çərçivəsində nazirlərin görüşünün yekunlarına əsasən bildirilib.
“Nazirlər Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriya Ərəb Respublikasındakı vəziyyətə sabitliyi pozan təsirini qeyd ediblər və İsrailin Suriya ərazisində həyata keçirdiyi özbaşına hava hücumlarını pisləyiblər ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Qeyd olunur ki, tərəflər münaqişədən sonra yenidənqurma və suriyalı qaçqınların vətənlərinə qayıtması naminə Suriyaya xarici dəstəyin artırılmasının vacibliyini vurğulayıblar. Dəməşqə qarşı birtərəfli sanksiyaların mənfi rolu da qeyd olunur.
“Astana prosesinin qarant ölkələrinin Suriya Ərəb Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün birgə səyləri davam etdirmək öhdəliyi təsdiqləndi. Xarici əlaqələr idarələrinin rəhbərləri Suriya Ərəb Respublikasında və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli nizamlanma problemlərini vurğulayıblar”, - Rusiya XİN-in bəyanatında deyilir.
Adəm Abbaslı
-
Sosial19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim balamı versin" - FOTO
-
Hadisə19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA
-
Hadisə16:30
Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO