FETÖ ilə bağlı şok iddia: Fətullah Gülənin cənazəsi qaçırıla bilər
Bizi izləyin

Dünya

FETÖ ilə bağlı şok iddia: Fətullah Gülənin cənazəsi qaçırıla bilər

Fətullah Gülənin ölümü ilə FETÖ terror təşkilatında davam edən daxili çaxnaşmalar daha da alovlanıb.

Publika.az xəbər verir ki, onun harada dəfn ediləcəyi, namazı kimin qılacağı və dəfn mərasiminə kimlərin qatılacağı müzakirə mövzusuna çevrilib.

Bəzi mənbələrə görə, təşkilatın “qara qutusu” sayılan “Uzun Cövdət” ləqəbli Cövdət Türkyolu cənazənin ən qısa zamanda nəzarəti altında dəfn olunmasını istəyir. Lakin nümayəndə heyətinin sədr vəzifəli üzvləri Avropadan gələnlərin gözlənilməsinin tərəfdarıdır.

Bütün bunlar nəzərə alınaraq, Türkyolunun sadəcə göstəriş üçün yas mərasimi təşkil edərək, cənazəni qaşıracağı iddiaları gündəmə gəlib.

Təşkilat daxilində məzar yerinin gizli qalması ilə bağlı ümumi qərar var. Dəfn mərasiminin çox az sayda insanın iştirakı ilə keçirilməsi və Gülənin son məskunlaşdığı Türkyolunun kürəkənin evinin yerləşdiyi meşəlik ərazidə dəfn edilməsi planlaşdırılır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm