Yaponiyada parlament seçkiləri - KİV-in diqqəti HAÇALANDI
Bizi izləyin

Dünya

Yaponiyada parlament seçkiləri - KİV-in diqqəti HAÇALANDI

Yaponiyada parlamentin aşağı palatası olan 50-ci Nümayəndələr Palatasına seçkilər üçün səsvermə başlayıb və seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb.

Publika.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

“Əsas diqqət hakim partiyanın mandatların çoxluğunu qazanıb-qazanmayacağına, yoxsa müxalifətin güclənəcəyinə yönəlib”, - deyə telekanalın saytında dərc olunmuş bəyanatda deyilir.

Səsvermə ölkə üzrə 45 mindən çox seçki məntəqəsində keçirilir. 16 milyondan çox insan vaxtından əvvəl səs verib. Səslərin hesablanması saat 20:00-da başlayacaq.

Yaponiyanın daxili işlər naziri Seiiçiro Murakami bütün seçicilərin “bu ümumi seçkinin əhəmiyyətini tam dərk edəcək, səsvermədə fəal iştirak edəcək və qiymətli səslərindən ehtiyatla istifadə edəcəklərinə” ümid etdiyini bildirib.

Oktyabrın 9-da Yaponiya Nazirlər Kabineti bütünlükdə parlamentin buraxılması haqqında qərar imzalayıb.

Bundan başqa, oktyabrın 1-də Fumio Kişidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib. Yeni baş nazir sentyabrın 27-də hakim Liberal Demokrat Partiyasının sədri seçilən keçmiş müdafiə naziri Şiqeru İşiba olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm