Ferqyusondan sonra MY-nin ən yaxşı baş məşqçisi kimdir?
Bizi izləyin

İdman

Ferqyusondan sonra MY-nin ən yaxşı baş məşqçisi kimdir?

"Goal.com" 2013-cü ildə Aleks Ferqyusonun ayrılmasından sonra "Mançester Yunayted"in ən yaxşı baş məşqçilərinin siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıya norveçli Ole Qunnar Sulşer (2018-2021) başçılıq edir.

İkinci sırada portuqaliyalı Joze Mourinyo (2016-2018) qərarlaşıb. "İlk üçlüy"ü Erik ten Haq (2022-davam edir) qapayır.

Sonrakı yerləri Lui van Qal (2014-2016), Ralf Raqnik (2021-2022) və Deyvid Moyes (2013-2014) tutur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm