"Bayern" tarixi rekordunu təkrarladı
Bizi izləyin

İdman

"Bayern" tarixi rekordunu təkrarladı

Almaniya Bundesliqasında "Bohum"u 5 cavabsız qolla darmadağın edən "Bayern" özünə məxsus çempionat rekordunu təkrarlayıb.

Publika.az xəbər verir ki, Münhen klubunun mövsümün ilk 8 matçında vurduğu 29 qol yarış tarixinin rekordunun təkrarıdır. Əvvəllər münhenlilər 1976/1977, daha sonra isə 2021/2022 mövsümündə eyni sayda qol vurub.

Keçirilən 8 matçdan sonra "Bohum" 1 xalla Bundesliqa cədvəlində sonuncu, 18-ci yerdədir. "Bayern" isə 20 xalla liderdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm