"Coca-Cola"nın direktoru itkin düşüb
Bizi izləyin

Dünya

"Coca-Cola"nın direktoru itkin düşüb

"Coca-Cola" şirkətinin Sank-Peterburqda yerləşən zavodunun satış direktorunun itkin düşməsilə bağlı cinayət işi açılıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanları "Coca-Cola" yetkilisinin öldürüldüyünü ehtimal edirlər.

Qeyd olunur ki, artıq itkin düşmüş direktorun qətlə yetirilməsi versiyası üzərində müvafiq tədbirlərə baş vurulub. İstintaqçılar hadisənin baş vermə səbəblərini araşdırırlar.

Nəzərinizə çatdıraq ki, "Coca-Cola" şirkətinin Sank-Peterburqda yerləşən zavodunun satış direktoru Dmitriy Soşnev noyabrın 28-də itkin düşüb. Həmin gün onun üzərində külli miqdarda pulun olduğu deyilir.

Dekabrın 1-də isə Soşnevin yaxınları onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşdiriblər ki, "Coca-Cola" yetkilisinin telefonundan gələn siqnal şirkətin ərazisindən çıxdıqdan sonra kəsilib. Lakin noyabrın 28-da axşam saatlarında kimsə biznesmenin parolu ilə internetə daxil olub. Polis hazırda bu məqam üzərində xüsusi olaraq dayanıb.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm