Dünya
Ali Məhkəmənin binası qarşısında özünü partlatdı - Braziliyada dəhşət
Braziliya Ali Məhkəməsi qarşısında iki partlayış baş verib.
Publika.az xəbər verir ki, paytaxt Brasilia şəhərində baş verən hadisə nəticəsində ölən şəxs partlayıcı qurğu ilə Federal Ali Məhkəmənin binasına girməyə cəhd edib.
Partlayışın baş verdiyi meydanın ətrafında Ali Məhkəmə ilə yanaşı, Milli Konqresin binası və Prezidentin işçi iqamətgahı yerləşir.
Məlumata görə, polis ölən şəxsin kimliyini təsdiqləməyib. Buna səbəb onun bədənində hələ də partlayıcı qurğuların olmasıdır.
Özünü partladan şəxsin sosial şəbəkələrdə hökuməti terror aktı ilə hədələyən Fransisko Vanderley olduğu ehtimal edilir. Vanderley 2020-ci ildə bələdiyyə seçkilərində Liberal Partiyasından namizəd kimi iştirak edib, ancaq seçilməyib.
KİV-lər Vanderleyə məxsus avtomobilin əvvəlcə parlament binasının yaxınlığındakı dayanacaqda partladığını, sonra isə onun özünü Federal Ali Məhkəmənin binasının qarşısında partlatdığını yazırlar.
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?












.jpg)























