İdman
“Ayaks”ın gələcək ulduzlarından biri idi, futbolu atıb musiqiçi oldu
Niderlandın “Ayaks” klubunun akademiyasında gələcəyin perspektivli futbolçularından biri hesab edilən Elikia Mbinga karyerasını gözlənilməz istiqamətdə davam etdirib. Vaxtilə Rayan Qravenberx, Yurrien və Kvinten Timber qardaşları, Brayan Brobbi kimi futbolçularla eyni komandada çıxış edən Mbinga peşəkar futbolçu olmaq arzusundan imtina edərək musiqiyə yönəlib.
Publika.az xəbər verir ki, BBC 25 yaşlı niderlandlının futboldan musiqiyə keçid hekayəsini dərc edib.
Mbinga 17 yaşında doğma klubu “PEC Zvolle”dən “Ayaks”ın akademiyasına transfer olunub. Amsterdamda keçirdiyi dörd mövsüm ərzində sonradan İngiltərə Premyer Liqasında tanınan bir sıra futbolçularla birlikdə məşq edib. Hətta bəzi oyunlarda komandanın kapitanı olub.
O, həmin dövrdə komanda yoldaşları arasında istedad baxımından ciddi fərq görmədiyini söyləyib. Lakin sonrakı illərdə futbolçuların inkişafının fərqli istiqamətlərdə davam etdiyini vurğulayıb.
Mbinga 2021-ci ildə 20 yaşında “PEC Zvolle”yə qayıdıb və sentyabrda peşəkar debütünü məhz “Ayaks”a qarşı oyunda edib. Ancaq əsas komandada cəmi altı matçda meydana çıxıb. Klubun aşağı liqaya düşməsindən sonra isə futbol karyerası tədricən arxa plana keçib. O, musiqi fəaliyyətini maliyyələşdirmək üçün Niderlandın dördüncü divizionunda yarıpeşəkar səviyyədə də oynayıb.
Zaman keçdikcə musiqiyə marağı daha da artan Mbinga bu sahədə özünü sınamaq qərarına gəlib. Hazırda o, Niderlandın yüksələn afrobit ifaçılarından biri hesab olunur. Spotify platformasında aylıq dinləyicilərinin sayı təxminən 500 minə çatıb, mahnılarının ümumi dinlənmə sayı isə 30 milyonu ötüb. 2024-cü ildə yayımlanan “Mentality” adlı mahnısı 16 milyondan çox dinlənilib.
Maraqlıdır ki, Mbinga musiqidə qazandığı uğurları futbol meydanındakı qollarla müqayisə edir. Onun sözlərinə görə, mahnısının böyük uğur qazanması vacib finalda qələbə qolunu vurmağa bənzəyir.
O, futboldan tamamilə uzaqlaşmayıb. Bu yaxınlarda yeni albomu “First of a Kind”ın tanıtımı üçün Böyük Britaniyaya səfər edən Mbinga keçmiş komanda yoldaşları Yurrien və Kvinten Timberlə yenidən görüşüb, “Arsenal”ın Çempionlar Liqası matçını və “Kristal Pelas”ın Premyer Liqa oyununu tribunadan izləyib.
Onun yaxın dostları arasında “Barselona”nın sabiq futbolçusu, hazırda “Monako”da çıxış edən Ansu Fati də var. Mbinga hətta futbolçunun karyerasında üzləşdiyi çətinliklərə həsr olunan mahnı da yazıb.
Beləliklə, vaxtilə Avropanın tanınmış futbolçuları ilə eyni komandada çıxış edən Mbinga indi yaşıl meydanlarda deyil, musiqi səhnəsində uğur qazanmağa çalışır.
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi

































