Dünya
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
Rusiyalı turoperatorlar rus turistlərin ölkəyə buraxılmaması ilə bağlı Meksika hakimiyyətinə müraciət ediblər.
Publika.az RBC-yə istinadən xəbər verir ki, Meksika səfirinə kollektiv müraciəti 14 turoperator imzalayıb.
Turizm şirkətlərinin məlumatına görə, Rusiya Federasiyasından gələn turistlərin ölkəyə girişinə icazə verilməməsi hallarının sayı ümumi turist axınının 10%-nə çatıb.
Bildirilir ki, turistlərin bütün lazımi sənədləri - mehmanxana rezervasiyası, gediş-dönüş biletləri, təsdiqlənmiş tur ödənişləri olsa belə, ölkəyə girişinə icazə verilmir.
Nümayəndələr onu da qeyd ediblər ki, bu problem 6 ay əvvəl yaranmağa başlayıb və hazırda turistlər arasında bu istiqamətə tələbat azalıb. Mütəxəssislər qeyd edirlər ki, turistlər öz tətillərini və pullarını riskə atmaq istəmirlər, çünki sərhəd xidməti ölkəyə girişdən imtina edərsə, turoperator məsuliyyət daşımır.
Adəm
-
Elm və təhsil22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı





















.jpg)






.jpg)

