Dünya
Berbok Əsəd tərəfdarlarına səsləndi: Almaniyaya gəlsəniz...
Almaniyanın xarici işlər naziri Annalena Berbok Əsəd rejiminin hərbi cinayətlərdə iştirak edən tərəfdarlarının Almaniyaya keçəcəkləri təqdirdə həbs olunacaqlarını bildirib.
Publika.az xəbər verir ki, nazir bu barədə “Bild am Sonntag” qəzetinə açıqlama verib.
O, alman səlahiyyətlilərinin Əsəd rejiminin agentlərinin Almaniyaya sığınmasına icazə verməyəcəyini bildirib:
“Əgər indi Əsədin işgəncə verənlərindən biri Almaniyaya qaçmağı düşünürsə, bilsinlər ki, biz bütün rejimin əlaltılarını törətdikləri dəhşətli cinayətlərə görə qanunun gücü ilə cavablandıracağıq”.
Berbok, həmçinin qeyd edib ki, hazırda beynəlxalq təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin mümkün qədər sıx əməkdaşlıq etməsi vacibdir.
Almaniyanın daxili işlər naziri Nensi Faeser də sərhəd nəzarətinin daha sərt olduğunu qeyd edib: “Biz son dərəcə ayıq-sayığıq. Əgər Əsədin terror rejiminin üzvləri Almaniyaya qaçmağa cəhd edərlərsə, bilməlidirlər ki, onların cinayətlərini bu qədər sərt şəkildə təqib edən başqa bir ölkə yoxdur. Bu, onları cəhd etmək cəsarətindən çəkindirməlidir”.
Roza
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə







.jpg)











.jpg)
.jpg)





.jpg)



