İdman
"Qarabağ"ın Koxalski planı bəlli oldu: Hansı şərtlərlə satılacaq?
Hər transfer pəncərəsində olduğu kimi "Qarabağ" yenə diqqət mərkəzindədir. Azərbaycan çempionu son illərdə futbolumuzun bədbin ənənəsini dəyişib. Artıq Ağdam klubu futbolçuları ilə gündəm yaradır.
Bir ay sonra qış transfer pəncərəsi açılacaq. Buna görə də "köhlən atlar" transfer dedi-qodularının mərkəzindədir. Bu dəfə komandanın adı qapıçısı Mateuş Koxalski ilə ön plana çıxıb. Polşalı qapıçının İtaliyanın "Napoli" və Almaniyanın "Borussiya Dortmund" klublarının maraq dairəsində olduğu və "Qarabağ"ın ona 7 milyon avro qiymət kəsdiyi barədə xəbərlər vermişdik.
Publika.az 25 yaşlı qapıçı ilə bağlı yeni məlumat əldə edib. Ağdam klubu Koxalsiyə olan marağı nəzərə alaraq, müəyyən addımlar atmağı planlaşdırır. Lakin "Qarabağ" rəhbərliyi tələskənliyə yol vermək istəmir. Əsas diqqətlər Çempionlar Liqasının 6-cı turu çərçivəsində dekabrın 10-da Bakıda keçiriləcək "Ayaks"la taleyüklü oyuna yönəlib. Çünki Azərbaycan klubunun turnirdəki aqibəti bu oyunda bilinə bilər.
Ona görə də rəhbərlik Niderland klubu ilə oyundan sonra Mateuş və meneceri ilə masaya oturmağı planşdırır. Komandanın planları məhz həmin görüşdən sonra müəyyənləşəcək. "Qarabağ" rəhbərliyi Koxalskinin satılmasında elə də maraqlı deyil, lakin futbolçunun fikrinə də önəm verilir. Əgər polşalı qapıçı getmək istəsə, ona problem yaradılmayacaq. Amma vəziyyətə uyğun addım atılması istəniləcək.
Belə ki, "Qarabağ" "Ayaks"ı məğlub etsə, pley-off şansları olduqca yüksələcək və son iki oyun komanda üçün böyük önəm kəsb edəcək. Belə olan halda klub rəhbərliyi Koxalskidən ÇL-in son turuna (29 yanvar) qədər gözləməsini istəyəcək. "Köhnə atlar" tarix yazaraq pley-offa vəsiqə qazansa, polşalı qapıçının satışı yaya qədər təxirə salınacaq. Əgər bu baş verməsə, Polşa millisinin üzvünün uyğun maliyyə şərtləri ilə getməsinə icazə verəcək.
Bundan əlavə, "Qarabağ" rəhbərliyi futbolçuya daha yaxşı şərtlərlə yeni müqavilə də təklif edə bilər. Belə olan halda hazırda illik 300 min avro qazanan Koxalskinin maaşında ciddi artım olacaq. Eyni zamanda, sözləşmədə yüksək məbləğdə sərbəstqalma maddəsi qeyd olunacaq.
Qeyd edək ki, Polşa millisinin üzvünün Azərbaycan çempionu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Heybət Məmmədov
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































