İdman
“Barselona” Braziliyada “yeni Marselo” tapdı: Borcdan faydalanacaqlar
“Barselona” “Santos” klubunun gənc sol cinah müdafiəçisi Joao Victor de Souzanı transfer etmək imkanını araşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Məlumata əsasən, kataloniyalılar Braziliya klubunun onlara Neymarın 2013-cü il transferi ilə bağlı yaranmış 2,9 milyon avroluq borcunu nəzərə alaraq, 19 yaşlı futbolçunun qiymətini aşağı salmağa çalışacaqlar.
Souzanı Avropanın bir çox nəhəng klubu izləyir. O, Braziliyada növbəti böyük istedad kimi göstərilir və oyunu “Real”ın əfsanəsi Marselo ilə müqayisə edilir.
Futbolçu bu mövsüm yerli çempionatda 22 matçda iştirak edib, 1 qol vurub və 2 qol ötürməsi verib. Onun bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
“Barselona” gələn ilin yay transfer pəncərəsi üçün sol cinah müdafiəçisi almağı planlaşdırır. Baş məşqçi Hansi Flik Alexandro Baldeyə keyfiyyətli əvəzləyiciyə sahib olmaq etmək istəyir.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































