Dünya
Vuçiç Lavrovla telefonla danışdı
Serbiya tərəfinin təşəbbüsü ilə 23 dekabrda Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov ilə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlar Qərbin “məhdudlaşdırıcı tədbirlərlə maneə törətməyə çalışdığı əməkdaşlığın davam etdirilməsi yolları”nı müzakirə edib.
Tərəflər BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin fundamental əhəmiyyətinə hörmət edilməklə Kosovo nizamlanmasına, ilk növbədə Serbiyanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi zərurətinə xüsusi diqqət veriblər.
Priştina tərəfindən Kosovo Serb Bələdiyyələri Birliyinin yaradılması barədə razılaşmaların çoxillik sabotajının qəbuledilməz olduğu vurğulanıb. Kosova-alban hakimiyyətinin yerli serblərə qarşı davam edən terroruna və onların əsas hüquqlarının pozulmasına son qoyulmasının zəruriliyi barədə vahid mövqe ifadə edilib.
Hər iki tərəf Bosniya və Herseqovinadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin110 Oktyabr 19:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə10 Oktyabr 18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO






















.jpg)




.jpg)


