Dünya
Vəzifədən gedən nazir Əfqanıstana gözlənilməz səfər etdi
ABŞ-ın vəzifəsini təhvil verməyə hazırlaşan müdafiə naziri Çak Heygel gözlənilmədən Əfqanıstana səfər edib.
Publika.az-ın məlumatına görə, onun Əfqanıstandakı Amerika əsgərləri ilə görüşü planlaşdırılıb.
Səfərlə bağlı jurnalistlərə açıqlama verən Heygel 2015-ci ilin ilk bir neçə ayı ərzində Əfqanıstanda əlavə min ABŞ əsgərinin qalacağını deyib. Çak Heygel Əfqanıstan təhlükəsizlik qüvvələrinin paytaxt Kabili Taliban yaraqlılarının hücumlarından qoruya biləcəyinə əmin olduğunu deyib.
O bildirib ki, prezident Barak Obama Qərb ölkələrinin yanvar ayında başlayacaq NATO-nun dəstək missiyasına əsgəri qüvvə göndərilməsi ilə planlarını gecikdirdiyinə görə ABŞ əsgərlərinin ölkədən çıxarılması prosesində dəyişikliklər edib.
Bununla ilin sonuna qədər ABŞ əsgərlərinin sayının 9 min 800 nəfərə qədər ixtisar edilməsinə dair plana dəyişiklik edilir. Lakin Əfqanıstanda saxlanacaq 10 min 800 nəfərlik əsgəri qüvvə 2016-cı ildə yarıya qədər azaldılaraq 5 min 500 nəfərə çatdırılacaq.
Qeyd edək ki, NATO-nun Əfqanıstanda hərbi-döyüş missiyası dekabrın 31-də sona çatır. Əfqanıstanda qalacaq 12 min 500 nəfərdən ibarət hərbi personal Əfqanıstan hərbi qüvvələrinə təlim və yardım missiyasını həyata keçirəcək.
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Region13:45
Ermənistanın bir hissəsi su altında qaldı: 1 nəfər öldü, 232 nəfər təxliyə edildi - YENİLƏNDİ
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?