Partiyama xəyanət etdim: Kurskda öldürülən Şimali Koreya əsgərinin gündəliyi yayıldı - FOTO
Bizi izləyin

Dünya

Partiyama xəyanət etdim: Kurskda öldürülən Şimali Koreya əsgərinin gündəliyi yayıldı - FOTO

Kursk bölgəsində dən öldürülən Şimali Koreyanın xüsusi təyinatlı əsgəri Qonq Honq Conqun gündəliyi əldə edilib.

Publika.az xəbər verir ki, gündəlik tədricən tərcümə olunur. Onun qeydləri Şimali Koreyanın Rusiyaya elit döyüşçülər göndərdiyini göstərir.

Gündəliyin girişində əsgər yazır ki, yazır ki, o, bəzi cinayətə görə rus qoşunlarına kömək etmək üçün minlərlə kilometr uzaqlığa göndərilib.

“Mübarək partiyanın qoynunda böyüdüm, oxudum, sevgi ilə əhatə olunmuşdum. Vətəni müdafiə etmək vətəndaşın müqəddəs borcudur, ən böyük vəzifə isə bütün xoşbəxtliyimin olduğu vətənin müdafiəsi olduğundan, ali baş komandanı qorumaq üçün inqilabın hərbi formasını geyinmişəm.

Orduda Baş çavuş kimi yüksəlmək fürsəti əldə etdiyim üçün xoşbəxt oldum. Ancaq mənə güvənən partiyama xəyanət etdim, Ali Baş Komandana qarşı nankorluq etdim.

Etdiyim günahlar bağışlanmazdır, amma vətənim mənə yenidən doğulmağa, həyata yeni başlanğıca yol açıb. İndi mənə olan etimadı qaytarmaqdan başqa yolum yoxdur. Bu əməliyyatda ön cəbhəyə gedəcəyəm və mənim həyatım bahasına olsa belə, Ali Baş Komandan Kim Çen Inın əmrlərini qeyd-şərtsiz yerinə yetirəcəyəm. Kim Çen Inın Qırmızı Xüsusi Qüvvələrinin (Qırmızı Komandirlər) yenilməz cəsarətini və fədakarlığını bütün dünyaya göstərəcəyəm.

Biz müharibədə qalib gəlib vətənə qayıdanda partiyaya ərizə ilə müraciət edəcəyəm”, - deyə əsgər qeyd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm