Avropa
Umerov Uitkoff və Kuşner ilə danışıqlar aparacaq
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner ilə danışıqlar aparacaq.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında Uitkofla söhbətinin nəticələri ilə bağlı məlumat verərkən qeyd edib.
"Bu gün Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner ilə çox yaxşı söhbətimiz oldu. Konstruktiv yanaşma, intensiv iş, eləcə də Milad bayramı münasibətilə ukraynalılara xoş söz və təbriklərə görə təşəkkür edirəm. Biz Rusiyanın Ukraynanya qarşı apardığı bu amansız müharibənin sonunu yaxınlaşdırmaq və bütün sənədləri etibarlı etmək üçün 24/7 rejimində işləyirik", - Zelenski yazıb.
Zelenskinin sözlərinə görə, söhbət zamanı bir sıra əhəmiyyətli detallara toxunulub, həmçinin ümumi nəticəyə və davamlı sülhə kömək edə biləcək ideyalar müzakirə olunub. O həqiqi təhlükəsizliyin, bərpanın və uzunmüddətli sülhün təkcə Ukrayna üçün deyil, həm də ABŞ, Avropa və Kiyevə dəstək verən bütün tərəfdaşlar üçün prioritet olduğunu vurğulayıb. O, Milad günündə müzakirə olunan razılaşmaların və təşəbbüslərin gələcək işdə faydalı olacağına ümid etdiyini bildirib.
Zelenski həmçinin qeyd edib ki, söhbətdə Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Andrey Qnatov, xarici işlər naziri Andrey Sibiqa, XİN başçısının birinci müavini, Prezident Ofisinin rəhbər, həmçinin diplomatik komandanın digər nümayəndələri iştirak ediblər.
"Nəticəyə yaxınlaşdıracaq hər bir günü və imkanı itirməməyi düzgün hesab edirik. Qoy bugünkü söhbət sülhə doğru daha bir addım olsun", - o əlavə edib.
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu




































