Dünya
Dəhşətli qəzadan sağ çıxan stüardessa DANIŞDI - Həkimlərə deyib ki...
Cənubi Koreyada qəzaya uğrayan "Boeing" təyyarəsindən sağ çıxanlardan biri reanimasiya şöbəsində özünə gəlib və çoxsaylı sınıqlara baxmayaraq danışa bilir.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət Li soyadlı 33 yaşlı stüardessadan gedir.
"Yuxudan ayılanda artıq məni xilas etmişdilər", - o, xəstəxanadakı həkimlərə deyib.
Müəssisənin baş həkimi mətbuat konfransında bildirib ki, qadından qəzanın təfərrüatları soruşulmayıb, çünki həkimlərin fikrincə, bu, ona zərər verə bilər.
O əlavə edib ki, stüardessa ünsiyyət qura bilir və yaddaş itkisi əlamətləri göstərmir. İndi o, həkimlərin xüsusi nəzarətindədir, çünki iflic də daxil olmaqla müxtəlif fəsadlar mümkündür.
"Yonhap" qeyd edir ki, sağ qalan ikinci, Koo adlı 25 yaşlı stüardessa başından və ayaq biləyindən xəsarət alıb və vəziyyəti stabildir. O, hazırda Seulun şərqindəki Asan Tibb Mərkəzində müalicə olunur.
Hüseyn İbadlı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO





















.jpg)










.jpg)

.jpg)