Maraq dünyası
Skeleti 47,3 milyon dollara satdılar - FOTO
ABŞ-ın Nyu-York şəhərində nanotirannus dinozavrının “Jodi” ləqəbli skeleti hərracda 47,3 milyon dollara satılıb.
Publika.az xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb. Bununla da “Jodi” hərracda indiyədək satılan ən bahalı ikinci dinozavr skeleti olub.
Skelet 2019-cu ildə Montana ştatındakı fermaların birində aşkarlanıb. Hündürlüyü 2,9 metr, uzunluğu isə təxminən 6 metr olan nümunənin sümüklərinin 70 faizə yaxını qorunub saxlanılıb. Onun qazıntı işləri “Dino Hunters” sənədli serialında da nümayiş etdirilib.
Hərrac zamanı altı iştirakçı 12 dəqiqədən çox müddətdə lot uğrunda mübarizə aparıb. Skeletin satış qiyməti ilkin təxmin edilən dəyərdən təxminən səkkiz dəfə yüksək olub.
Qeyd edək ki, iyul ayında “Qas” ləqəbli tirannozavr skeleti hərracda rekord qiymətə - 50,1 milyon dollara satılıb.
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)