FİFA DÇ-2030-da da su fasilələrini saxlayacaq?
Bizi izləyin

İdman

FİFA DÇ-2030-da da su fasilələrini saxlayacaq?

FİFA DÇ-2030-da da su fasilələrini saxlayacaq?

FİFA-nın 2030-cu il Dünya Kubokunun televiziya hüquqları ilə bağlı sənədlərində üç dəqiqəlik fasilələrin turnirin proqramının bir hissəsi olaraq qala biləcəyi göstərilir.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Tender sənədlərinə görə, yayımçılara bu fasilələr zamanı reklam satmaq seçimi də verilir.

Xatırladaq ki, bu cür fasilələr ilk dəfə 2026-cı il Dünya Kubokunda tətbiq olunmuşdu və bu da sponsorluq gəlirlərinin artmasına imkan vermişdi.

Lakin FIFA 2030-cu ildə fasilələrin istifadəsi ilə bağlı yekun qərarın hələ verilmədiyini iddia edir. Turnir əsasən Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək, açılış oyunları isə Cənubi Amerikada olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm