Dünya
FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat: 22 nəfər saxlanıldı
Ankarada FETÖ/PDY-nin korporativ strukturu ilə bağlı aparılan istintaq çərçivəsində təşkilat üzvlərinə və ailələrinə pul köçürdüyü müəyyən edilən 22 şübhəli saxlanılıb.
Publika.az xəbər verir ki, araşdırmalar Ankara Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılıb.
Bu çərçivədə FETÖ/PDY-nin korporativ strukturlaşması və bu şirkətlər vasitəsilə həyata keçirilən terrorun maliyyələşdirilməsi fəaliyyətləri araşdırılıb.
Araşdırmalarda təşkilat üzvlüyündən əldə etdikləri pulları ailələrinə payladığı aşkarlanan, təşkilata üzvlüyünə görə həbsxanada olan, daha əvvəl nağd və ya bankomatlardan əməliyyatlar edərək təşkilata maddi dəstək verən 20-si daha əvvəl dövlət qulluğundan uzaqlaşdırılan 37 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən eyni vaxtda həyata keçirilən əməliyyatda şübhəlilərdən 22-si yaxalanıb. Qalan şübhəlilərin tutulması üçün isə əməliyyatlar davam edir.
Roza
-
Hadisə13:20
Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...
-
Dünya12:50
Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş
-
Sosial12:30
Minlərlə evə bildiriş göndərildi - Bu şəxslərin pensiyası ləğv edilə bilər
-
Nida Xəbər 12:12
İrəvan təsdiqlədi: Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...
-
İqtisadi gündəm11:36
Xəbərdarlıq edildi: İlin sonuna qədər qızıl bahalaşaraq bu qiymətə olacaq
-
Sosial11:06
Onların kredit borcları silindi - VİDEO
-
Dünya10:18
Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var?
-
Qoroskop09:38
Məşhur astroloqdan 4 bürcə müjdə: bu il milyonçu olacaqlar