Dünya
Türkiyə ordusunun "böyük əməliyyat" hazırlığı başladı: Terrorçuların “xətti” qırıldı
Terror təşkilatı PKK/YPG-nın Ayn əl-Ərəbdəki rabitə qülləsi Türkiyə PUA-ları tərəfindən hədəfə alınıb.
Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriyadakı terrorçu varlığa qarşı əməliyyatlarını davam etdirir.
Axşam saatlarında təşkilatın təbliğat fəaliyyəti üçün də istifadə edilən Ayn əl-Ərəbdəki rabitə qülləsi Türkiyə PUA-ları tərəfindən vurulub. Bu əməliyyatla terror təşkilatı internetdən məhrum edilib.

Həmçinin daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin Tişrin bəndi və Ayn İsa ətrafındakı təşkilata məxsus mövqelərə, tunellərə və zirehli texnikaya qarşı hava əməliyyatı həyata keçirdiyi, M-4 avtomobil yolu yaxınlığındakı təşkilat mövqelərinin artilleriya atəşi ilə vurulduğu da bildirilmişdi.
Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar Rakkanın qərbindəki Çərniyə kəndində terror təşkilatı PKK/YPG-nin qondarma liderlərinin toplaşdığı evə düşüb. Təşkilatın sahə komandirlərinin də binada olduğu bildirilib. Terror təşkilatında çoxlu itkilərin olduğu qeyd olunur.
Bunların böyük əməliyyata hazırlıqlar olduğu bildirilir.
Roza
-
İdman00:25Bəhlul Mustafazadə tarixə düşdü
-
İdman21 Yanvar 23:41"Qarabağ"dan möhtəşəm qələbə - VİDEO/YENİLƏNDİ
-
Hadisə21 Yanvar 23:31Bakıda çoxmərtəbəli binada YANĞIN oldu
-
Elm və təhsil21 Yanvar 20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
-
İdman21 Yanvar 20:00"Ayntraxt" "Qarabağ"la oyun öncəsi görün nə paylaşdı - VİDEO
-
Region21 Yanvar 19:55Türkiyədə zəlzələ oldu
-
Sosial21 Yanvar 19:40İsa Həbibbəyliyə çətir tutan şəxs vəzifəsindən azad olunub? - RƏSMİ
-
Sosial21 Yanvar 18:40Dövlət işçilərinin maaşı ilə bağlı YENİLİK









.jpg)


.jpg)






.jpg)














