Ekologiya
İlk dəfə qara dəliklərin əsas sirri AÇIQLANDI
Meynut Universitetinin astrofizikləri müasir astronomiyanın əsas sirrlərindən birinə - qara dəliklərin Böyük Partlayışdan cəmi bir neçə yüz milyon il sonra necə supernəhəngə çevrildiyinə dair mümkün izah təklif ediblər.
Publika.az xəbər verir ki, tədqiqat "Nature Astronomy" jurnalında dərc olunub.
Kompüter simulyasiyaları göstərib ki, erkən kainatda son dərəcə sıx və xaotik şərait mövcud olub. Bu mühitdə hətta kiçik “rüşeym” qara dəliklər belə qeyri-adi dərəcədə yüksək sürətlə böyüyə biliblər. Araşdırmanın rəhbəri, Meynut Universitetinin aspirantı Daksal Mehtanın sözlərinə görə, Böyük Partlayışdan bir neçə yüz milyon il sonra yaranan ilk qara dəliklər ətraf maddəni mümkün hesab ediləndən qat-qat sürətlə udaraq bir növ “qidalanma partlayışı” yaşayıb.
Alimlər müəyyən ediblər ki, əsas rolu “super-Eddinqton akresiyası” adlanan epizodlar oynayıb. Bu, qara dəliyin maddəni nəzəri həddi aşan sürətlə udduğu vəziyyətdir. Erkən qalaktikalarda qazın yüksək sıxlığı bu cür sürətli böyümə mərhələlərinin dəfələrlə təkrarlanmasına imkan verib və nəticədə qara dəliklər Günəşin kütləsindən on minlərlə dəfə ağırlaşıb.
Hüseyn İbadlı
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq
-
İdman00:45Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
























.jpg)










