ABŞ
Tramp Kaliforniya qubernatorunu istefaya çağırdı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu ştatda baş verən şiddətli yanğınlar səbəbindən istefa verməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bu çağırışı "Truth" sosial hesabında edib.
Onun sözlərinə görə, ABŞ-ın ən yaxşı və gözəl əraziləri yanıb külə dönür.
“Onlar kül oldu və Qevin istefa verməlidir. Hamısı onun günahıdır!" - Tramp yazıb.
Bundan əvvəl Tramp, sələfi Co Baydeni Kaliforniyadakı böyük meşə yanğınları ilə bağlı "hərəkətsizliyə" görə tənqid edib.
Kaliforniyada baş verənlərin Baydenin "kobud səriştəsizliyi və pis idarəçiliyinin" simvolu olacağını söyləyib.
Xatırladaq ki, yanvarın 7-də Qərbi Los-Ancelesdə meşə yanğını başlayıb. Yanvarın 8-də yanğının sahəsi artaraq 13,44 kvadratkilometrə çatıb. Bayden Kaliforniyada böyük fəlakət elan edib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-da baş verən yanğınlar səbəbindən aktrisa Peris Hiltonun evi yanıb.
Adəm Abbaslı
-
Nida Xəbər 11:45Zəfərdən Böyük Qayıdışa: Qarabağda həyat yenidən canlanır
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər
-
Nida Xəbər 09:36Nazir: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırdı
-
İKT09:27Azərbaycan mediası Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verdi
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı





































.jpg)

