Dünya
Bu ölkə Priqojinin anasına qarşı sanksiyanı ləğv etdi
Yaponiya hökuməti səkkiz nəfərin, o cümlədən rusiyalı iş adamı, “Vaqner” PMC-nin yaradıcısı, mərhum Yevgeni Priqojinin anası Violetta Priqojinanın sanksiya siyahısından çıxarıldığını elan edib.
Publika.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi press-relizində bildirilir ki, bu barədə qərar ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilib.
“Violetta Priqojina da daxil olmaqla səkkiz nəfər sanksiya siyahısından çıxarılıb”, - sənəddə deyilir. Sanksiyaları ləğv edilənlərin siyahısına həmçinin Rusiya Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu - Oleq Tsokov və Georgi Şuvayev də daxil edilib.
Bundan əlavə, ölkə üç Rusiya bankına, həmçinin 29 hüquqi və 11 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Maliyyə təşkilatları ilə bağlı tədbirlər bu il fevralın 9-dan qüvvəyə minəcək.
Tural
-
Region22:00Gözəlliyi ilə sosial şəbəkələrdə gündəm oldu Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin220:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO














.jpg)








.jpg)








