Region
İranda hakimlərə hücum terror aktı kimi ELAN EDİLDİ
Tehranda İran Ali Məhkəməsi qarşısında iki hakimin ölümü ilə nəticələnən atışma terror aktı kimi elan edilib.
Publika.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Nəşr qeyd edir ki, İranın baş prokuroru Mohammad Movahhedi Azad Tehran Baş Prokurorluğuna hadisəni dərhal və hərtərəfli araşdırmağı tapşırıb. Agentlik hücumçunu saxlamağa çalışdıqlarını, lakin o, intihar etdiyini vurğulayır.
Azad terror aktının arxasında duranların müəyyən edilərək həbs olunmasını istəyib.
Hücum nəticəsində bir mühafizəçi və daha bir hakimin yaralandığı iddia edilir. Nəşr bildirir ki, təcavüzkarın Ali Məhkəmə və orada baxılan işlərlə heç bir əlaqəsi olmayıb.
Xatırladaq ki, yanvarın 18-də Tehranda İran Ali Məhkəməsinin binası yaxınlığında atışma baş verib, nəticədə iki hakim öldürülüb.
Ölən hakimlər milli təhlükəsizlik, casusluq və terrorizm əleyhinə cinayətlər üzərində işləyirdilər.
Hüseyn İbadlı
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi








.jpg)









.jpg)

















