Dünya
İslam ziyarətgahlarını partlatmaq istəyən ABŞ terrorçusu tutulub
İsraildə müsəlman ziyarətgahlarında terror aktlarının planlaşdırılmasında şübhəli bilinən ABŞ vətəndaşı həbs edilib.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Ədliyyə Nazirliyi bildirib.
Otuz yaşlı Texas sakini Adam Liviksə qarşı müvafiq ittiham irəli sürülüb. Onun İsraildə vaxtı ötmüş viza ilə qaldığı deyilir.
Ədliyyə Nazirliyinin bəyanatında qeyd olunub ki, şübhəli şəxs qonşu otaqda qaldığı İsrail ordusunun əsgəri vasitəsilə silah və təxminən 1,4 kiloqram partlayıcı maddəni ələ keçirməyə çalışıb. “O, öz dostlarına danışırmış ki, İsraildəki islam ziyarətgahlarını partlatmaq niyyətindədir", - nazirlik bildirib.
ABŞ vətəndaşı dəniz sahilindəki Netaniya şəhərində polisdən gizlənməyə çalışıb. O, saxlanarkən qaçmağa çalışıb. Adam Liviks hündürmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı mərtəbədəki mənzilin eyvanına tullanaraq qaçmağa cəhd edib, lakin polis tərəfindən saxlanılıb.
Ona qarşı həmçinin qanunsuz silah dövriyyəsində iştirak, polis əməkdaşlarına müqavimət və miqrasiya qanunvericiliyinin pozulması kimi ittihamlar irəli sürülüb.
İsrail kütləvi informasiya vasitələri yazır ki, Liviks bir müddət İordan çayının Qərb sahilində yaşayıb. Məlumata görə, Fələstin ekstremistləri ABŞ prezidenti Barak Obamaya sui-qəsd təşkili üçün onu ələ almağa çalışıblar.
Ömər Dağlı
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı