Moskva Əsədi Suriyaya ekstradisiya edəcək? - Peskov sualdan yayındı
Bizi izləyin

Dünya

Moskva Əsədi Suriyaya ekstradisiya edəcək? - Peskov sualdan yayındı

Moskva Əsədi Suriyaya ekstradisiya edəcək? - Peskov sualdan yayındı

Kremlin sözçüsü Dmitri Peskov Suriyanın yeni hakimiyyət orqanlarından Moskvaya təqdim edildiyi iddia edilən tələblərlə bağlı xəbərləri şərh etməkdən imtina edib.

Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, Dəməşq “etimadı bərpa etmək üçün” təzminat istəyir və keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edir.

Peskov jurnalistlərə deyib: "Xeyr, mən buna heç bir şərh vermədən üstündən keçirəm".

O, Rusiyanın Suriya hakimiyyəti ilə dialoqunu davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, Rusiyanın idarələrarası nümayəndə heyəti Dəməşqə səfər edib və Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə danışıqlar aparıb. Müzakirə mövzuları arasında Rusiyanın ölkənin yenidən qurulmasında mümkün iştirakı da olub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm