Sosial
Dairəvi qalada bərpa işlərinə başlanıldı
Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.
Bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşları orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri görüləcək.
Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin istifadəsinə veriləcək.
Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdə bərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.
-
Sosial07:15Çiyələk və alça bu il baha ola bilər - Səbəb
-
Dünya05:45Zelenski Ermənistana gələcək - Gizli şəkildə...
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
-
Nəqliyyat27 Aprel 22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ27 Aprel 22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin127 Aprel 20:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video











.jpg)




















.png)



