İdman
Daha bir ulduz DÇ-2026-nı buraxacaq - RƏSMİ
"Tottenhem"in və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxacağını açıqlayıb.
Publika.az xəbər verir ki, futbolçu zədəni İngiltərə Premyer Liqasının 34-cü turunda "Vulverhempton"la keçirilən və 1:0 hesabı ilə başa çatan oyunda alıb. Simons ön çarpaz bağlarını qoparıb və 2027-ci ilə qədər sıradan çıxıb.
Futbolçu özü bu barədə sosial şəbəkədə paylaşım edib:
“Deyirlər ki, həyat bəzən qəddar olur və bu gün bunu xüsusilə dərindən hiss edirəm. Mövsüm mənim üçün qəfil başa çatdı və mən hələ də bunu anlamağa çalışıram. Açığını desəm, ürəyim qırılıb. Bütün bunların heç bir məntiqi yoxdur.
Mənim istədiyim yeganə şey komandam üçün mübarizə aparmaq idi, amma indi bu imkan əlimdən alındı… Dünya çempionatı ilə birlikdə. Bu yay ölkəmi təmsil etmək istəyirdim, hər şey dağıldı. Bununla barışmaq üçün vaxt lazım olacaq, amma yenə də komanda yoldaşı kimi əlimdən gələni etməyə davam edəcəyəm”.
2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Niderland millisi F qrupunda Yaponiya, İsveç və Tunis ilə mübarizə aparacaq.
Heybət
.webp)
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp
-
Sağlamlıq16:44Ürəyində problem olanların nəzərinə - Suyu qədərincə için!
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
Digər13:43Boliviyada nümayişlərə görə fövqəladə vəziyyət elan edildi
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi





































