İsraildə sorğu: əhalinin 74 faizi Netanyahuya inanmır
Bizi izləyin

Dünya

İsraildə sorğu: əhalinin 74 faizi Netanyahuya inanmır

İsrailin Hayfa Universitetinin keçirdiyi əhalinin bütün təbəqələrini əhatə edən sorğuda ictimaiyyətin baş nazir Benyamin Netanyahuya inanmadığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalı yazıb.

Sorğuda əhalinin 74 faizinin Benyamin Netanyahuya güvənmədiyi, siyasi partiyalara və parlamentə inamın isə ən aşağı səviyyəyə düşdüyü məlum olub.

Həmçinin israillilərin 70 faizinin Baş nazirin Mətbuat İdarəsi, Maliyyə Nazirliyi və Nəqliyyat Nazirliyi kimi qurumlara, 65 faizinin isə Baş Prokurorluğa etibar etmədiyi qeyd olunub.

Əhalinin 55 faizi polisə etibar etmədiyini deyib, 47 faizi isə dövlət qurumlarından yaxşı xidmət almaq üçün rüşvət verməli olduqlarını düşünür.

Sorğunu hazırlayan tədqiqatçılar xəbərdarlıq ediblər ki, korrupsiya İsrail hökumətinin bütün səviyyələrində qorxulu dərəcədə geniş yayılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm