ABŞ-ın bu ştatı “Ümumdünya Hicab Günü”nü tanıdı
Bizi izləyin

Dünya

ABŞ-ın bu ştatı “Ümumdünya Hicab Günü”nü tanıdı

ABŞ-ın Nyu-York ştatının senatı 1 fevralın “Ümumdünya Hicab Günü” kimi tanınması barədə qətnamə qəbul edib.

Publika.az xəbər verir ki, senator Roksan Perso tərəfindən təqdim edilən qanun layihəsi ştat senatından keçib.

Qərarda Birləşmiş Ştatlar və Nyu-York xalqının ləyaqət, hörmət və dini etiqad azadlığı olduğu qeyd edilib:

"Hicab qadının saçını və sinəsini örtən ənənəvi örtükdür və İslam tarixində çox mühüm əhəmiyyət kəsb edir. O, qadınlara ləyaqət və hörməti təbliğ etmək, həmçinin iffəti və dini inanca hörməti qorumaq üçün nəzərdə tutulub".

Amerika-İslam Münasibətləri Şurasının Nyu York Ofisinin (CAIR-NY) direktoru Afaf Naşer bildirib ki, bu qərar Nyu-Yorkun mədəni və dini müxtəlifliyi qeyd etməsini əks etdirir: “Ümumdünya Hicab Günü örtülü qadınların səsini ucaltmaq və onların tez-tez üzləşdiyi qərəz və ayrı-seçkiliklə mübarizə aparmaq üçün mühüm fürsətdir”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm