Trampın Qrenlandiya planı: Avropa İttifaqı hərəkətə keçəcək
Bizi izləyin

Dünya

Trampın Qrenlandiya planı: Avropa İttifaqı hərəkətə keçəcək

Avropa İttifaqı Donald Trampın Qrenlandiyanı təhdid etməsi qarşısında Danimarkanın ərazi bütövlüyünü qoruyacaq.

Publika.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Antonio Kosta “Euronews” telekanalına müsahibəsində deyib.

Yanvarın 7-də, prezident vəzifəsinə başlamazdan əvvəl Tramp Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazım olduğunu bəyan edib.

Qrenlandiyanın baş naziri Mute Egede adanın satılmadığını və heç vaxt satılmayacağını açıqlayıb. Tramp, həmçinin Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyəcəyinə dair öhdəlik götürməkdən imtina edib.

Bundan sonra Avropa Şurasının sədri bildirib ki, Danimarkanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin sabitliyi son dərəcə vacib məsələdir:

“Avropa İttifaqına üzv olan bir ölkənin ərazi bütövlüyü təhdid edildiyi zaman bu prinsipləri müdafiə etməkdən çəkinməməliyik. Aİ Danimarkaya dəstək verəcək”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm