Dünya
ABŞ-a səfir təyin olunan Britaniya diplomatından GERİ ADDIM
Donald Trampı ilk prezidentlik dövründə sərt tənqid edən və onu “bütün dünyaya təhlükə” adlandıran Britaniya diplomatı Mandelson Londonun Vaşinqtona yeni səfiri təyin edilməsindən sonra geri addım atıb.
Publika.az xəbər verir ki, ABŞ Britaniyanın keçmiş ticarət komissarı Piter Mandelsonun Böyük Britaniyanın Vaşinqtondakı səfiri təyin edilməsinə razılıq verib.
“Financial Times” qəzetinin yazdığına görə, Mandelson vəzifəsinə fevralda başlayacaq.
Mandelson “Fox News” televiziyasına verdiyi açıqlamada “Prezident Tramp onunla bağlı şərhlərimin əsassız və yanlış olduğunu deyib. Hesab edirəm ki, zaman prezidentə olan münasibətimi dəyişib”, - deyə qeyd edib.
Xatırladaq ki, Mandelson 2019-cu ildə Trampı bütün dünya üçün təhlükə adlandırıb.
Böyük Britaniyanın baş nazirinin ofisi bildirib ki, Vaşinqtondakı yeni səfir xarici siyasət və iqtisadiyyat sahəsində böyük təcrübəyə, güclü işgüzar əlaqələrə malikdir.
Aysel Şahmar
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Böyük risklərdən çəkinin
-
İdman00:10
"Olimpiakos" "Qarabağ"a qarşı - CANLI
-
Nəqliyyat30 Yanvar 23:24
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
-
Magazin130 Yanvar 22:36
“Bir hadisə yaşadım, hələ də şokdayam” - FOTO
-
İdman30 Yanvar 22:24
Ronaldo Sumqayıt klubunda - FOTO
-
Sosial30 Yanvar 21:36
Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ - FOTO
-
Nəqliyyat30 Yanvar 21:00
Valideynlərə ŞAD XƏBƏR - Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ
-
Səhiyyə30 Yanvar 20:48
Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş - FOTO