Dünya
Terror təşkilatı PKK-dan yeni həmlə: Amerika silahları Qəndilə daşınır
Əsəd rejiminin devrilməsi ilə vəziyyətin dəyişdiyi Suriyada ABŞ-ın geri çəkilməsinə dair gözləntilər artıb. Amerika əsgərlərinin ölkədən çıxması ilə bağlı ən diqqətçəkən məqam 2015-2025-ci illər arasında terror təşkilatı PKK/PYD üçün qurudan və havadan daşınan minlərlə ton silah və sursatın taleyinin necə olacağıdır.
Publika.az xəbər verir ki, PKK/PYD-nin sözçüsü vəzifəsində çalışmış suriyalı polkovnik Talel Sülo təşkilata verilən silahların əhəmiyyətli hissəsinin 35 mindən çox TIR və yüzlərlə yük təyyarəsi ilə Qəndilə daşındığını bildirib.
Regional mənbələrdən əldə edilən məlumata görə, ABŞ-ın Suriyadakı əhəmiyyətli miqdarda silahı Ərbil-Hərir bazasına daşınacaq. ABŞ məsələ ilə bağlı Bərzani-KYB rəhbərliyini məlumatlandırıb. Minlərlə ton silahın qalan hissəsi Qətər-İordaniya və Tenef ABŞ hərbi bazaları arasında bölüşdürüləcək.
Fransa və İsrailin də var
Suriya sahəsində təkcə ABŞ deyil, Fransa və İsrailin də müstəqil qərargahları və silah anbarları var. Əldə edilən məlumata görə, İsrailin üç, Fransanın isə iki fərqli silah və sursat anbarı mövcuddur. İsrailin qərargahını və silah anbarını Türkiyə sərhədinə paralel xətt üzərində yerləşdirməyi seçməsi xüsusilə diqqət çəkir.
İsrailin PKK-ya verdiyi digər dəstək Türkiyə ilə üzbəüz dəhlizdə qurduğu dinləmə və müşahidə stansiyalarıdır.
Silahlar Qəndilə daşınır
Talel Sülo hələ də Suriya PKK-sı daxilində bəzi əlaqələrinin olduğunu və məlumatlar əldə etdiyini qeyd edib:
"Gedişatı yaxından izləyirəm. Xüsusilə ərəb qanadı ciddi şəkildə dağılıb. PKK administrasiyasındakı müəyyən bir qanad ABŞ-ın bizi asılı vəziyyətdə qoymayacağı gözləntisini saxlayır. Bu səbəbdən Amerikanın verdiyi və strateji dəyəri olan silahların əhəmiyyətli bir hissəsi Qəndilə daşınır.
Mən orada olarkən silahlar Qəndilin istəyi və ABŞ nümayəndəsi Brett Makqurkun nəzarəti ilə Qəndilə aparılırdı. Sonradan gördük ki, silah və texnika türk ordusuna qarşı istifadə olunub. İndi bu daşınma daha da artıb”.
Dəməşqə köçürülə bilər
“Dəməşq-PYD-YPG danışıqlarında bölgədə toplanan minlərlə ton silah-sursatın da gündəmdə olduğu və Əl-Şara rəhbərliyinin də bu silahları istədiyi öyrənilib. Çox güman ki, daşınması xüsusilə çətin olan zirehli transportyorlar, tanklar və bu kimi hərbi maşınların transferi reallaşacaq.
ABŞ və Dəməşq arasında mümkün geri çəkilmə qərarı və elan edilmiş cədvələ uyğun olaraq silahların təhvil verilməsi ilə bağlı danışıqların aparılacağı gözləntiləri var”.
Roza Şəfiyeva
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Böyük risklərdən çəkinin
-
İdman00:10
"Olimpiakos" "Qarabağ"a qarşı - CANLI
-
Nəqliyyat30 Yanvar 23:24
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
-
Magazin130 Yanvar 22:36
“Bir hadisə yaşadım, hələ də şokdayam” - FOTO
-
İdman30 Yanvar 22:24
Ronaldo Sumqayıt klubunda - FOTO
-
Sosial30 Yanvar 21:36
Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ - FOTO
-
Nəqliyyat30 Yanvar 21:00
Valideynlərə ŞAD XƏBƏR - Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ
-
Səhiyyə30 Yanvar 20:48
Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş - FOTO