Bir çox ölkələrin sərhədləri dəyişəcək, bəziləri yox olacaq - Rusiyadan SENSASİYA
Bizi izləyin

Dünya

Bir çox ölkələrin sərhədləri dəyişəcək, bəziləri yox olacaq - Rusiyadan SENSASİYA

“ABŞ prezidenti Donald Trampın dövründə bir çox ölkələrin sərhədləri dəyişə, bəziləri isə tamamilə yox ola bilər”.

Publika.az xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Donald Trampın ABŞ prezidenti vəzifəsinə gəlişi bütün beynəlxalq vəziyyəti kökündən dəyişəcək. Üstəlik, onun rəhbərliyi altında bir çox dövlətlərin sərhədlərinin dəyişməsi, bəzilərinin isə tamamilə yoxa çıxması mümkündür”, - deyə o bildirib.

Mixaylov xatırladıb ki, Tramp administrasiyası artıq ABŞ-ın Qrenlandiyaya, Panama kanalına iddialarını elan edib.

ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skot Ritter isə Trampın Meksikada kartellərə qarşı mübarizənin iki ölkə arasında hərbi əməliyyatlarla nəticələnə biləcəyini bildirib.

Onun sözlərinə görə, Pentaqonun yeni rəhbəri “çox aqressivdir” və ictimaiyyət hesab edir ki, ABŞ-da xüsusi təyinatlılar milli maraqları müdafiə etmək üçün istənilən inkişafa hazırdırlar.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm